Əlaqə Arxiv
news Image
2016.02.19
10:50
| A A A
Röya ilə Hüsniyyə arasında qalmaqal: "İllərdir eynisən"

R.Ayxan Hüsniyyənin bu sözlərinə etiraz edib:"Nailə Mirməmmədli klassikadır, səhv salma. Mənim ora qalxmağım üçün birinci siz ora çıxmalısınız. Mən ora çıxsam, Azərbaycandakı bütün sevənlərimi itirəcəyəm. Bir sənin fikrinlə ora çıxmaram. Azərbaycanda beş-altı bəstəkar var. Getsin, başqası ora çıxsın. Niyə Röya? Sevənlərim məni onsuz sevir". H.Məhərrəmovanın "Niyə onda fransız aktyorunu klipinizə çıkirdiniz?" sualına müğənni belə cavab verib:"Çünki o da müsəlmandır. Hüsniyyənin öz stili var. Amma kimsə onu sevir? Kamiləni (aparıcı Kamilə Babayevanı göstərir – red.) ondan çox sevirlər, daha cəlbedici və şirindir. Aparıcı olandan eyni saçdasan, eyni geyimdəsən. Gözümüzü açandan səni belə görürük. Sən də dəyiş, mən səni başqa cür görüm. İki ay efirdə olursan, sonra getdin, dayandın. Hüsniyyənin dediyi ritmlərdə sözü heç vaxt dinləyiciyə çatdıra bilmərəm".


Aparıcı Röyanın bu sözlərindən incimədiyini vurğulayıb:


"Röya laqeyd münasibət göstərsəydi, görərdim, vecinə deyil. Amma həssaslıq göstərdi. Mən də onun yaralı yerinə toxunduğumu gördüm. Mənim qədər fərqli janrda veriliş aparan olmayıb. Veriliş aparmayacaqdım, Ranara (aparıcı Ranar Musayev - red.) görə yenidən qayıtdım. Yaxşı edirəm, ürəyimdən necə gəlir, elə də davranıram. Ranar kimi hamını malalamayacam ki".




Sizin Reklam Yeriniz