Əlaqə Arxiv
news Image
2016.02.20
16:30
| A A A
Oksana təqdimata hazırlaşır

Rəqqasə Oksana Rəsulovanın rol aldığı "Şər qarışanda" filminin təqdimat günü bəlli olub. Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, ekran işinin premyerası martın 3-də Nizami Kino Mərkəzində baş tutacaq Rejissorluğunu Samir Kərimoğlunun etdiyi "Şər qarışanda" triller janrındadır. Filmdə baş rolu xalq artisti Ramiz Novruz, rəqqasə Oksana Rəsulova, müğənni İlhamə Qasımova, aparıcılar Kəmalə Piriyeva, Şəhriyar Əbilov və başqaları rol alıb.Ötən il qışda lentə alınan ekran əsərinin əsas kadrları Nabran və Şabranda çəkilib.

Sizin Reklam Yeriniz