Əlaqə Arxiv
news Image
2016.02.23
15:00
| A A A
İlhamənin oğlu ilə bağlı araşdırma davam edir

Müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində baş müstəntiq Mehman  Ələsgərov tərəfindən araşdırılır.Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, ona dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci  (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başladılıb.O, 2 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O.Nadirovla bağlı araşdırmalar davam edir.Qeyd edək ki, onun dostu Vüqar Bəkirov artıq təqsirləndirilən şəxs qismində həbs olunub.

Sizin Reklam Yeriniz