16 yaşlı oğlanla qız evləndilər - FOTO
Bu toy ölkədə böyük müzakirələrə səbəb olub. Media və sosial şəbəkələrdəki şərhlərə görə, təzə bəylə gəlinin ikisi də 16 yaşda olduğundan, onların ailə həyatı qurmaları tələsik qərardır.
Movqe.az AsiaOne-a istinadən bildirir ki, toy Çinin cənubundakı Quansi vilayətində, Nanyin şəhərində olub.
16 yaşlı Çjan sevgilisi və yaşıdı Vuya evlənməyi təklif edib, qız da razılaşıb. Beləcə, onlar ailə həyatı qurublar.
Nikah qanunsuz sayılır, çünki Çində evlənmək istəyən kişilər üçün minimal yaş həddi 22, xanımlar üçünsə 20 yaşdır.
Gəlinin əslində 16 yox, 13 yaşda olduğu da vurğulanır.
Vu isə şayiələri rədd edib: "Hamilə olduğumu, 13 yaşında olduğumu yazırlar. Yalandır. 16 yaşım var.
Sadəcə, yaşımdan kiçik görünürəm".