Müğənni Aslan Hüseynov Alternativ TV-də yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı həmkarlanı tənqid edib:"Bəzi ifaçılar şah-padşah olub, sonradan nökərə çevriliblər. Mən onlardan deyiləm. Hətta xalq artistlərimiz var ki, əvvəl guruldadılar, sonra da özlərini ucuz reklam elədilər. Elə ucuz gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Səhər, günorta, axşam efirə çıxıb ağızlarına gələni danışırlar. Olmayan söhbətləri deyirlər. Belə halda da onları izləyən milyonlarla insanlar deyir ki, "Kimsən axı sən?". Mən elə şeylər etmək istəmirəm. Ad çəkməsəm də, düşüncəli tamaşaçılar kimləri nəzərdə tutduğumu anlayırlar. Əsas odur ki, sən özün olasan, sənətə yenilik gətirəsən. Mən çox yenilik gətirmişəm, paxıllar bunu qəbul etmirlər".