Əlaqə Arxiv
news Image
2016.02.24
16:15
| A A A
Ən çox qazanan aktrisa seçildi - FOTO

25 yaşlı Cennifer Lourens builki "Oskar" mükafatlarına nominantlar arasında ən çox qazanan aktrisadır.


Movqe.az TMZ-yə istinadən bildirir ki, 2014-cü ilin iyun ayından 2015-ci ilin iyun ayınadək Cennifer Lourens 52 milyon dollar qazanıb. Bu minvalla o, Forbes jurnalının "Ən çox gəlir əldə edən aktrisalar" reytinqinə başçılıq edib.


Cennifer Lourensin builki "Oskar" mərasiminə "Alexander Wang" brendindən olan geyimdə yollanacağı gözlənilir.


Forbes yazır ki, "Ən yaxşı aktrisa" və ya "Ən yaxşı arxa plan rolu" nominasiyalarında "Oskar"a iddialı aktrisalar arasında kimsə 6 milyon dollardan artıq qazanmayıb.


Builki "Oskar" mərasimi fevralın 28-də keçiriləcək.

Sizin Reklam Yeriniz