Kənan və Sinemin toyuna milyonluq təkliflər
Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobalın mayın 21-də edəcəkləri toy üçün sponsorlar arasında mübarizə başlayıb.
Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mayın 19-dan 22-dək dostlarıyla birgə Cunda adasında əylənməyi planlaşdıran cütlük indidən 3 oteli bağlayıb. Toya sponsor olmaq üçün bütün firma və şirkətlər təkliflər göndərib. İlin əsas toyunda adının keçməsini istəyən yemək, içki, yaxta, təşkilatçılıq firmaları bir-birindən cəlbedici təkliflərini irəli sürüblər. Onlar arasında milyon dolları keçən təkliflər olduğu deyilir.
Lakin Kənan gələn bütün əməkdaşlıqları rədd edərək toyunda sponsor adının keçməsini istəmədiyini deyib.