Elton Condan insan haqqları jesti
Movqe.Az xəbər verir ki, Dünya şöhrətli
məşhur ingilis müğənni Elton Con Çinin paytaxtı Pekində verdiyi
konsertini çinli insan hüquqları müdafiəçisi Ai Ueiueiyə ithaf
etdiyi bildirib. Pekindəki "MasterCard" mərkəzində çinli
pərəstişkarlarıyla görüşən Con, konsertini Ueiueinin şəxsiyyətinə
və qabiliyyətinə həsr etdiyini söyləyib. Conun müsahibəsi
konsertə qatılanlar arasında fərqli reaksiyalara səbəb olub. Çin
hökuməti, 2008-ci ildə ölkədə konsert verən islandiyalı müğənni
Bcorkun "declare Independence" adlı mahnısından sonra ''Tibet,
Tibet'' deyə bağırması ilə əlaqədar sərt qaydalar təyin etmişdi.
"Ərəb baharını" təqlid edərək internetdə etiraz çağırışları edəndən sonra həbs olunan və 2011-ci ildə pul cəzası ilə sərbəst buraxılan şair, heykəltəraş və insan hüquqları müdafiəçisi Ai Ueiuei ölkəsində hökumət əleyhdarı olaraq bilinir.