Əlaqə Arxiv
news Image
2012.11.29
19:00
| A A A
Film üçün bu vəziyyətə düşdü
Son filmində QİÇS xəstəsini canlandıran Hollivudun məşhur aktyoru Cered Leto bir ayda həddindən artıq arıqlayaraq roluna hazırlaşıb.

Movqe.Az bildirir ki, ABŞ-lı aktyor Cered Leto çəkilişləri davam edən "Dallas Buyers Club" adlı filmə son anda qatılıb. Belə ki, yeni layihədə QİÇS xəstəsi bir transeksual rolunu oynayacaq olan  Leto bir ay içində tanınmaz vəziyyətə gəlib. "Vulture" jurnalına müsahibə verən  40 yaşlı aktyor, bir ay ərzində demək olar ki, heç bir şey yemədiyini söyləyib. Leto sözlərinə davam edərək, "Daha da arıqlaya bilərdim, amma rolum üçün ideal kilo budur. Rejim əsnasında bədəniniz qəribə proseslərdən keçir." deyib. Filmin digər üzvü Hollivudun təcrübəli aktyoru Metyu MakKonahi rolu üçün 18 kilo arıqlayıb. Pərəstişkarları Metyunun setdə çəkilən fotoşəkillərini görən zaman aktyor üçün narahat olduqlarını bildiriblər. 

Sizin Reklam Yeriniz