Movqe.Az bildirir ki, "NY Post"un xəbərinə görə, 50 yaşlı tanınmış aktrisa Demi Mur son zamanlar rəssam Culian Şnabelin oğlu 26 yaşlı Vito Şnabel ilə birlikdədir. Mur və Şnabel ilk dəfə bu ayın əvvəlində Naomi Kampbelın milyarder sevgilisi Vladimir Doronin üçün təşkil etdiyi ad günü mərasimində qarşılaşıblar. Keyt Mos, Eva Herziqova və Karolina Kurkova kimi modellərin də qatıldığı ad günündə cütlük hər kəsin qarşısında olduqca səmimi görünüblər. "NY Post"a xəbər verən bəzi qaynaqlar, cütlüyün o gündən bəri birlikdə bol vaxt keçirdiklərini söyləyiblər. Mur kimi Şnabel də əlaqələrində yaş fərqinə fikir vermirlər. 21 yaşında olan zaman 44 yaşlı Elle Macferson adlı avstraliyalı model ilə birlikdə olan Şnabel, özündən doqquz yaş böyük olan Liv Taylerlə də əlaqəsi olub. Təxminən bir il əvvəl ayrılan Mur və Kutçer cütlüyündən Kutçer ayrılma xəbərindən qısa müddət sonra aktrisa Mila Kunis ilə adı hallanıb. Lakin buna baxmayaraq cütlek hələ rəsmi olaraq ayrılmayıb.