Röya Avropa Çempionatının himnini oxudu - VİDEO
Müğənni Röya Ayxan ötən aylarda səfir seçildiyi Avropa
Çempionatının himnini oxuyub. Movqe.az xəbər verir ki,
o bu barədə rəsmi "İnstaqram" hesabında xəbər verib: "Mənim
əzizlərim, çox şadam ki, Bakımızda yeniyetmələr arasında keçirilən
Avropa Çempionatının səfiri seçildim. Və bir neçə gün
əvvəl mən həmin Çempionatın rəsmi himnini ifa etmişəm. Əminəm ki,
bu himn komandamıza ruh yüksəkliyi və əzmkarlıq verəcək. Qoy güclü
qəlib gəlsin! Dostum Miri Yusif yanımızda olduğun üçün
təşəkkür edirəm. Bəli, biz qalib olmalıyıq. Budur Hədəfimiz!"