Əlaqə Arxiv
news Image
2016.04.08
11:52
| A A A
Putinin mətbuat katibinin qızı: "Türkiyə və Rusiya bir-birinə aşiqdir"

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova son günlər Türkiyə mətbuatının gündəmindədir. 


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl Ankardakı partlayışdan sonra İnstaqramda "Türkiyə xalqının yanındayam" yazan gənc qız yeni açıqlamaları ilə diqqət çəkib. O, "Habertürk"ə bunları danışıb:


"Ankara terroru Parisdəki hadisə qədər əks-səda doğurmadı. Sonra "bu iki terror arasındakı fərq nədir" deyə özümə sual verdim və medianın fərqli yanaşmasını hiss etdim. Sosial mediadakı paylaşımımın ardından yüzlərlə mesaj aldım. Mənə gələn təşəkkür və tərif mesajları üçün Türkiyə xalqına təşəkkür edirəm. Sözün düzü, bu paylaşımıma bu qədər yaxşı reaksiya alacağımı düşünməmişdim".


Parisdə yaşayıb təhsil aldığını deyən Liza gərin olan türk-rus münasibətləri haqda belə deyib:


"Yay tətillərini Türkiyədə keçirməyi sevirəm. Tarkana heyranam, uşaqlığımda onun kliplərində oynamaq istəyirdim. Rusiya və Türkiyə arasında tarixdə də, bu gün də, hər zaman özünəməxsus xüsusi münasibətlər olub. İki ölkə bir ailə kimidir. Bir ailənin içində kiçik problemlər yaşayan ailə üzvləri kimi dava edirlər, amma bir-birlərinə aşiqdirlər".

Sizin Reklam Yeriniz