Əlaqə Arxiv
news Image
2016.04.11
19:30
| A A A
Şahzadəni Şahruk Xan qarşıladı - FOTO

Britaniya kraliçası 2-ci Yekaterinanın nəvəsi, şahzadə Uilyam xanımı, Kembric hersoginyası Keyt Middlton ilə birlikdə Hindistana səfərə yollanıb.


7 günlük səfər şahzadə və xanımının Mumbay şəhərində "The British High Commission" və "British Asian Trust" fondunun təşkil etdiyi xeyriyyə gecəsinə qatılması ilə başlayıb.

Movqe.az bildirir ki, bu fondun təsisçisi və hamisi şahzadə Uilyamdır.

Keyt Middltonun əynində dizayner Cenni Pekhemin əsəri olan göy rəngli don vardı. O, bəzək qismində fransız stilindəki zinyət əşyaları seçmişdi.


"Taj Mahal Palace" otelindəki ziyafətin qonaqları arasında Hindistanın məşhur iş adamları, siyasətçilər, Bollivud ulduzları vardı.


Ziyafətə hind kinosunun ulduzları Şahruk Xan, Ayşvariya Ray, Şiamak Davar, Jaklin Fernandes, Karan Cohar, Ritik Roşan, Rişi Kapur, Farhan Ahtar, Madhuri Diksit, Aliya Bhatt, Sonam Kapur, kriket əfsanəsi Saçin Tendulkar da vardı.


Daha sonra şahzadə Uilyam və xanımı 2008-ci ildə Mumbaydakı teraktın qurbanlarının xatirəsinə ucaldılmış memoriala gedərək, abidənin qarşısına əklil qoyublar. 


Günorta saatlarında onlar Mumbayın yoxsullar yaşayan "Malabar Hill" məhəlləsinə gedərək, kasıb və kimsəsiz uşaqlara pulsuz təhsil verilməsi ilə məşğul olan fondun fəaliyyəti ilə tanış olublar.

Şahzadə Uilyam və xanımı kriket də oynayıblar.


Milli.Az

Sizin Reklam Yeriniz