Əlaqə Arxiv
news Image
2012.12.04
18:00
| A A A
"Üzümü görən zaman qorxuram"
Movqe.Az bildirir ki, Avstraliyalı müğənni Kayli Minoq "Elle" jurnalına verdiyi müsahibəsində makiyajsız olduğu zaman görünüşündən qorxduğunu söyləyib. Minoqa yaşlanmaq mövzusunda nə düşündüyünü soruşduqda isə makiyajsız küçəyə çıxdığı zaman üzünün fantastik filmlərindəki qəhrəmanlara bənzədiyini bildirib. "Elle" jurnalında nəşr edilən müsahibədə 44 yaşlı müğənni sözlərinə belə davam edib: "Bu mövzuda yalan danışmaq istəmirəm. Bəzən "iPhone"la şəklimi çəkirlər və mən şəkilə baxdığım zaman görünüşümdən o qədər qorxuram ki, öz-özümə "Bu qadın kimdir?" deyirəm. Bəzən də, xüsusilə makiyaj etmədiyim zaman özümü 44 deyil 94 yaşında bir qadın kimi görürəm."
Sizin Reklam Yeriniz