Tanınmış teleaparıcı İlkin Həsəni aparıcılıq
fəaliyyətindən başqa, marketinq sahəsində də çalışır. Bu barədə
Movqe.Az xəbər portalına İ.Həsəni özü məlumat verib. O, bildirib
ki, hazırda ölkədə fəaliyyət göstərən içki şirkətlərinin birində
mareketinq direktorudur: "Hazırda aparıcılıq fəaliyyətimi davam
etdirirəm. Bundan başqa, marketinq və reklam sahəsində də çalışram.
Belə ki, dünyada məşhur olan enerji içkisinin Azərbaycan üzrə
marketinq direktoruyam. Paralel olaraq, hər iki sahə üzrə
çalışıram. Restoran, klub biznesi ilə müvəqqəti məşğul olmuram.
Yalnız bu işlərlə məşğul oluram. Məsələn, DJ Fateh (radio aparıcı
olub) bankların birində marketinq departamentində çalışır. Elə
məşhur insanlar da var ki, sənətini atıb, marketinq sahəsində
işləyir. Mən isə iki qarpızı bir əlimdə tutmuşam. Ola bilər ki,
gələcəkdə öz şirkətimi qurum və şirkəti idarə edəcək təcrübəyə
qadirəm. Gələcə üçün belə bir planlarım var", İ.Həsəni
dedi.
Qeyd edək ki, Azərbaycan şou-biznesinin nümayəndələrinin əksəriyyəti ikinci iş kimi əsasən, restoran və klub işlədirlər.
Fuad Mədətov
Movqe.Az