Bergüzar Korel klip çəkdi
Prodüser Aykut Gürelin təşkilatçılığı ilə aktrisa Bergüzar Korel ilk klipini çəkib.
Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sezen Aksunun mahnılarından ibarət albom hazırlayan Bergüzar "Kaç yıl geçti aradan" adlı mahnını ekranlaşdırıb.
Çəkilişləri əyləncəli keçən klipin rejissorluğunu Neslihan Yüşilyurt edib.