Fatimə qızını özündən gözəl hesab edir - fotolar
Rəqqasə Fatimə Fətəliyeva iki övladı və müğənni Zenfira İbrahimova ilə Xıdırzində Pirini ziyarət ediblər.
Movqe.az xəbər verir ki, Ramazan ayında müqəddəs
məkana gedən Fatimə dua edib. Ziyarət zamanı qızı Aydanla fotosunu
sosial şəbəkədə paylaşan Fatimə belə bir etiraf edib:
"Aydanın yanında mən göyçək Fatiməyə oxşamıram. Mənim gözəl balam,
Allah səni xoşbəxt eləsin".