Əlaqə Arxiv
news Image
2012.12.28
18:04
| A A A
Uitni Xyustonu öldürüblər
Movqe.Az bildirir ki, Uitni Xyustonun ölümü pərəstişkarlarına sakitlik vermir. Şəxsi dedektiv Pol Xaebl araşdırma aparıb və qərara gəlib ki, müğənni narkotik dozasından ölməyib. O əminliklə qeyd edib ki, müğənnini öldürüblər. "The National Enquirer" qəzetinə verdiyi müsahibəsində bildirib ki, onda iki kişinin iştirakı ilə bağlı video yazılar var. Bu video yazılarda təxmin etdiyi qatillərin məlumatları var. Onların şəkilləri artıq Federal Təhqiqat Bürosuna verilib. Dedektivin dediyinə görə, onda Uitninin narkotik alverçilərinin qurbanı olduğuna dair sübutlar da var. Müğənninin küllli miqdarda narkotik alverçilərinə borcu olub. Bu borca görə müğənni son vaxtlar daimi təbiqlərdən artıq yorulmuşdu. Narkotik alverçiləri öz adamlarını fevralın 11-i müğənninin evinə borca görə göndərib. Həmin gün Xyuston evdə tək olub və göndərilən 2 nəfər müğənnini öldürüblər. Uitni Xyustonun bədənində bunu təsdiq edən zədələr var. Təxmin edilir ki, o, qatillərlə mübarizə aparanda bu zədələri alıb.
Sizin Reklam Yeriniz