Əlaqə Arxiv
news Image
2016.10.04
12:22
| A A A
"O səs Türkiyə": Münsiflər azərbaycanlı iştirakçı üçün mahnı oxudular - VİDEO

"O səs Türkiyə"nin dünənki buraxılışında Çinarə Nəzərli adlı həmyerlimiz çıxış edib.


Movqe.az milli.az-a istinadən bildirir ki, o, Selin Dionun repertuarından "My Heart Will Go On" mahnısını səsləndirib. Münsifləri səsi ilə özünə döndərə bilməyən Çinarə 30 yaşını qeyd etdiyi bildirib.


Münsiflər heyəti azərbaycanlı iştirakçıya sürpriz edərək onun üçün "Doğum günün mübarək" mahnısını oxuyublar.


Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışın münsiflər kürsüsündə Sibel Can, Hadisə, Murad Boz və Gökhan-Hakan Özoğuzlar otururlar.

Sizin Reklam Yeriniz