Əlaqə Arxiv
news Image
2016.10.05
21:00
| A A A
Hadise ilə yox, onunla sevgilidir

Evlənməyə hazırlaşan məşhur ifaçı Murat Boz - Aslı Enver cütlüyünün arasında soyuq yellər əsdiyi ilə ölkə mediasında xəbərlər yer almışdı. Sonuncu dəfə də qatıldığı toy məclisində müğənni Hadise ilə səmimi görüntülənməsi M.Bozun Aslı Enverdən ayrıldığı iddialarını daha da möhkəmləndirdi.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün bu deyilənlərdən təngə gələn aktrisa açıqlama verərək Murat Bozla münasibətlərinin isti olduğunu, hər şeyin yolunda getdiyini açıqlayıb:


"Bu xəbərlər necə ortaya çıxır, bilmirəm. Murat Bozla sevgiliyik, hər şey qaydasındadır".


Aktrisa , Hadise ilə səmimi rəqs edən M.Bozu qısqanmadığını da dilə gətirib:


"Heç bir problem yoxdur. Qısqanmadım üstəlik. Onlar çox yaxın dostdurlar. Birlikdə rəqs edib, əylənməklərini çox normal qəbul etdim".


Qeyd edək ki, M.Boz da sosial şəbəkədə sevgilisi ilə birgə fotolarını paylaşaraq ayrılmadıqlarını təsdiqləyib.

Sizin Reklam Yeriniz