Əlaqə Arxiv
news Image
2016.10.05
18:28
| A A A
Yenicə toyu olan aparıcı Azər yenə yoxlamağa başlayacaq

ATV-də yayımlanan "Yoxlama" verilişinin yayımı bərpa olunur.


Movqe.az xəbər verir ki, big.az-a bu barədə verilişin aparıcısı Azər İsmayılov bildirib.


Yeni formatda yayıma hazırlaşan aparıcı A.İsmayılov veriliş üçün yeni lisenziya aldığını açıqlayıb:


"Bu yaxınlarda verilişim yenidən başlayacaq. İngiltərə və Ukraynadan veriliş üçün tam lisenziya almışam, lisenziyalı veriliş olaraq qalacaq. Lisenziyası ondan ibarətdir ki, tam hüququ bizdədir. Qafqaz regionunda bu hüquq yalnız bizə məxsusdur. Rusiyada olan "Revizor" verilişi Azərbaycanda "Yoxlama" kimi yayımlanacaq. Amma eyni görüntülərlə. Rusiyada olduğu kimi bizdə də eyni cür yayımlanacaq. Bu gündən sonra nəinki restoran xidmətləri, ümumiyyətlə restoran sahəsi, xidmət sektorları, yaşayış obyektləri, məktəblər, bağçaların mətbəxi, universitetlərin gigiyenası, təmizliyi tam yoxlanılacaq. Mətbəxdən başqa sözügedən məkanda əyləşən müştəriyə göstərilən xidmət də işıqlandırılacaq. Tam qlobal bir layihə olacaq". 

Sizin Reklam Yeriniz