Əlaqə Arxiv
news Image
2016.10.06
14:08
| A A A
Rəqqasə Oksana yenidən ailə quracaqmı? - MÜSAHİBƏ

Tanınmış azərbaycanlı  rəqqasə Oksana Rəsulova bu gün şəxsi həyatı və gələcək planları barədə danışıb. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı suala cavab verib.

 - Hindistandan evlilik təklifi alsan;z, qəbul edərsinizmi? 

- Hindistandan evliliyə talib çıxsa, düşünürəm ki, "yox" deyərəm. Çünki Hindistana ona görə getməmişdim. Karyeram olmasa idi, mən ora getməzdim. Xəyallarıma görə ora getmişdim. Hindistan yaşamaq istədiyim ölkə deyil. 

 

- Yenidən ailə qurmaq istəyirsinizmi?

- Hələ ki, fikrim yoxdur. Başa düşürəm ki, hər şey səhvlər üzərində qurulur. Amma səhvlərdən nəticə çıxartmaq lazımdır. Mən də nəticə çıxartdım ki, ərə getməyəcəm. Hələ ki, sərbəstəm, ona görə də artıq bu sualları mənə verməyin. İşimlə, karyeramla məşğulam. Gələcəkdə Allah qismət edərsə, olar. Amma hələ ki, belə bir fikrim yoxdur.

 

- Estetik əməliyyatlara necə baxırsınız? Neçə dəfə əməliyyat etdirmisiniz?

- Bir şərtlə normal baxıram ki, bu, insan üçün zəruridir. Özüm çox əməliyyat etdirməmişəm. Yalnız burnum əməliyyatdır. Çox adam deyir ki, dodağını şişirtmisən. Xeyr, anadan gəlmə toppuş dodağım var.

 

- Sevgiliniz varmı?

- Sevgilim yoxdur, ömür boyu da tək qalmağı düşünmürəm. İndiki zamanda hələ ki, bunu istəmirəm. Vaxt gələr, fikirləşərəm, məsləhət olarsa, qəbul edərəm. Sevgiliyə vaxtım yoxdur. Vaxtımı işlərimə sərf edirəm.

 

- Evlilik təklifləri olurmu?

- Hər gün evlilik təklifi ilə rastlaşıram. Çoxu da sosial şəbəkədə "Facebook", "İnstagram" da. Təbii ki, bu təklifləri rədd edirəm.

 

- Xalq artisti Aygün Kazımova ilə barışdınız...

- Aygün Kazımova ilə küsülü deyildik ki... Bizim aramızda elə bir söhbət olmayıb ki, biz dalaşaq. Münasibətlərimiz superdir.

 

- Aygün Kazımova ilə Natavan Həbibinin acığına barışdığınız deyilir...

- Xeyr, mən heç kimin acığına Aygünlə barışmamışam. Xeyir ola? Mən Aygün xanımla heç küsülü də deyildim ki, kiməsə görə də barışam. Niyə görə kiməsə görə nəsə etməliyəm ki? Bu, sadəcə mənim öz qərarım olub. Və düzgün qərar olub. 

 

- Elşad Xose ilə aranızda olan münasibətin yekun taleyi barədə danışıb bu məsələyə son qoyasınız bəlkə.

- Biz Elşad Xose ilə barışmamışıq. Çünki biz küsülü deyildik. Niyə görə bunu təkrar-təkrar soruşursunuz? Biz Elşadla 6 il öncə ailə qurub, 5 il bundan qabaq da ayrılmışıq. Ondan sonra biz bir yerdə deyilik. Sadəcə, yaxşı dostuq. O, mənim üçün çox doğmadır. Anlayırsınız? Mən də onun üçün əziz insanam. Təki ayrılan bütün cütlüklər bizim kimi ayrılsın. Mən onun, o mənim xoş günlərimi təbrik edir. Bu, o demək deyil ki, biz Elşadla bir yaşayırıq. Normal insan olaraq münasibətimiz var. 

Sizin Reklam Yeriniz