Əlaqə Arxiv
news Image
2016.10.11
11:49
| A A A
Faiq Ağayev onun mahnısını oxuyan Elvindən nə istədi? - video

"Uşaq kimi" mahnımla bağlı elan etdiyim müsabiqənin vaxtını bu ayın sonuna kimi uzatdım. Səbəb, onlar arasında birinciliyə layiq ifaların az olmasıdır".


Movqe.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib. 


Müğənni "Uşaq kimi" mahnısını bir çox müğənnilərin də səsləndirdiyini söyləyib və onlara münasibət bildirib:


"Bu mahnını bəzi tanınmış ifaçılar da peşəkar formada oxudular. Hamısını bəyəndim. Hətta Elvin Abdullayev mahnını pianoda ifa edib, peşəkar formada hazırlamışdı, çox da yaxşı alınmışdı. Ona dedim ki, "Elvin, mənim mahnımı oxumaqdansa, mənə bir bəstə ver". Hələ bəstəni verməyib. Yəqin məsuliyyət hiss edir, üzərində ciddi çalışır. Fərqi yoxdur, lirik, ya ritmik, əsas xoşuma gələn bəstə olsun".


F.Ağayev dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq solo konsertindən bəhs edib:


"Hazırda studiyadayam, söz vermişəm ki, konsertdə 8 yeni mahnı təqdim edəcəyəm. İndi Səbinə Babayeva və Rabil Səfərlinin mənim üçün yazdığı yeni mahnıları hazırlayıram. 1990-cı illərdə oxuduğum üç mahnını Yaşar Baxışın yeni aranjimanında təqdim edəcəyəm".

Sizin Reklam Yeriniz