Əlaqə Arxiv
news Image
2013.01.14
18:12
| A A A
Azərbaycanlı müğənni qonaqlarını Türkiyədə qəbul edir
Movqe.Az ANS PRESS-ə istinadən bildirir ki, Türkiyədə kifayət qədər tanınan Azərbaycanın əməkdar artisti Azərinin budəfəki qonaqları Tatarıstandan Firdinat Salahaov və Monteneqrodan Aleksandra Busevaç olacaq. Sənətçinin ANS PRESS-ə verdiyi məlumata görə, aparıcısı olduğu "Azərinlə bir avaz" proqramında qonaqlar maraqlı repertuarla çıxış edəcək. Azərin xanım həmişəki kimi budəfəki verilişində də Azərbaycanın klassik əsərlərindən bir neçəsini ifa etməyi düşündüyünü söyləyib: "Musiqi, mədəniyyət ən gözəl təbliğat və ünsiyyət vasitəsidir. Ona görə də mən Azərbaycanı, Azərbaycan mədəniyyətini məhz musiqimizlə tanıtmağa, təbliğ etməyə üstünlük verirəm. Bu dəfə də qonaqlarımla söhbətimiz zamanı təbii ki, Azərbaycan musiqisi barədə məlumat verməyə çalışacam. Nəzərə alsaq ki, bu proqramı dünyanın bir çox ölkələri izləyir, demək, bu fürsətdən maksimum istifadə etməyə çalışmaq lazımdır". Xatırladaq ki, "Azərinlə bir avaz" hər bazar ertəsi, Azərbaycan vaxtı ilə saat 22:00 da canlı şəkildə yayımlanır.
Sizin Reklam Yeriniz