Əlaqə Arxiv
news Image
2013.01.15
14:30
| A A A
Ledi Qaqanın kostyumu təzyiqə səbəb oldu
Ledi Qaqanın silahlarla bəzənən son paltarı pərəstişkarlarının təzyiqinə səbəb olub. Movqe.Az bildirir ki, ABŞ-lı müğənni Ledi Qaqa Kanadada verdiyi konsertində geyindiyi silahlı paltarı ilə diqqətləri çəkib. Pərəstişkarları, ABŞ-da yaşanan məktəb qırğınından sonra belə bir kostyum geyməyin uyğun olmadığını düşünürlər. "Daily Mail" qəzetinin xəbərinə görə, sənətçi şənbə günü Kanadanın Vankouver şəhərində konsert verib. Səhnəyə iki plastik silahla bəzənmiş büstqalteri və yaşıl şalvarı ilə çıxan Ledi Qaqanın paltar seçimi təxminən bir ay əvvəl ABŞ-da yaşanan məktəb qırğınıyla gündəmə gələn silahlanma mövzusunu xatırlatdığı üçün tənqid olunub. Xatırladaq ki, ABŞ-ın Konnektikut əyalətində yerləşən "Sandy Hook" adlı ibtidai məktəbdə Adam Lanza adlı adam tərəfindən həyata keçirilən silahlı hücumda 20 uşaq və 6 müəllim həlak olmuşdu.
Sizin Reklam Yeriniz