"Naxçıvanda böyümüşəm, heç bir qadınla öpüşmərəm" - Kənan MM
Rejissor Kənan MM filmlərdə öpüşmə səhnələrində heç vaxt rol
almayacağını dilə gətirib. Movqe.az-ın big.az-a istinadən verdiyi
məlumata görə, rejissor bu sözləri deyib:
"Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından
öpə bilmərəm. Kompleksim var, bu mümkün deyil. Əslində aktyorsansa,
buna hazır olmalısan, amma məndə alınmır. Həm də Naxçıvanda böyüyüb
boya-başa çatdığım üçün bu mənə uyğun deyil. Həm istəmirəm ki, elə
səhnələrdə uşaqlarım məni görsün. Filmdə mütləq öpüşməli deyilsən
ki. Ağlaya bilərəm, qışqıra bilərəm, amma öpüşə bilmərəm".