Əlaqə Arxiv
news Image
2013.01.15
17:07
| A A A
Məşhur markalar artıq 40 yaşlı modellərə üstünlük verir
Movqe.az xəbər verir ki, bütün dünyada məşhur markalar son illərdə koleksiyonlarının təqdimatını 40 yaşlarını ötən aktyor modellərə əmanət edir. Prodüserlər, rejissorlar, məhsullarını geniş kütlələrə çatdırmaq istəyənlər ümumiyyətlə gənc gözəl qadınları seçir. Lakin son dövrdə bu anlayış dəyişməyə başlayıb. Xüsusilə moda dünyasının qabaqcıl adları, yeni koleksiyonlarının təqdimatını 40 yaşlarını yaşayan məşhurlara əmanət edir. Son dəfə 44 yaşlı  məşhur aktyor / model Stephanie Seymour; Jason Wu markasının 2013 yaz / yaz kolleksiyasının təqdimatı üçün kamera qarşısına keçmişdi.

Monica Bellucci
49 yaşlı İtalyan aktrisa Monica Bellucci, dünyanın qabaqcıl markalarından "Dolce & Gabbana"ın ötən ilki kampaniyasının üzü olmuşdu.

Helena Christensen

40 yaşlı aktyor modellərlə modasını başladan marka olan Reebok; 2010-cu ildə, o zaman 41 yaşında olan keçmiş top modellərdən Helena Christenseni seçmişdi.

Stephanie Seymour
44 yaşlı Stephanie Seymour, "Jason Wu" markası üçün kamera qarşısına keçmişdi.

Juliane MOORE

Holivudun ən yaxşı aktyorlarından biri olaraq göstərilən 49 yaşlı Julianne Moore, ötən illərə baxmayaraq gözəlliyindən heç nə itirməyib. Məşhur aktrisa ötən il "Bulgari" markasının üzü olmuşdu.
Sizin Reklam Yeriniz