Əlaqə Arxiv
news Image
2016.10.24
12:36
| A A A
Nur Yerlitaş "İşte benim stilim"lə vidalaşdı - foto

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, otel otağından çəkilmiş bir fotosunu paylaşan Nur evə getməməsini belə izah edib:

"Ev şəraitində çoxlu adam gələcəkdi. Müalicə dövründə bu, mənim üçün yaxşı deyil. Oteldə tibb bacısı və şəxsi xidmətçimlə qalıram. Özümü yaxşı hiss edənə qədər burada qalacağam".

Uğurlu əməliyyatdan sonra modelyer sevənlərinə "Məni tək buraxmadığınız üçün təşəkkür edirəm, sizlərə gülümsəyirəm" yazıb.

"İşte benim stilim" dəb yarışmasının münsiflər kürsüsündə əyləşən Yerlitaş əməliyyat olunduqdan sonra ekranlara dönməmək qərarı verib. O, çox yorulmamaq üçün "Artıq televiziyaya çıxmayacağam, proqramda olmayacağam" açıqlamasını verib.

Sizin Reklam Yeriniz