Dünənin ən çox izlənən serialı bəlli oldu - Reytinq
Dünən Türkiyə telekanallarında yayımlanan proqram,
serial və filmlərin reytinqi açıqlanıb.
Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecənin
lideri yenə də "İçerde" serialı olub. Rəqiblərindən açıq-aşkar
qabaqda olan ekran işinin hətta köhnə seriyasının xülasəsi AB
reytinqdə ikinci olub.
"Total" reytinqdə günün ikincisi olan "Kırgın çiçekler" AB
sıralamasında 6-cı yerdə qərarlaşıb. "O səs Türkiyə" 7-ci sırada
yer alıb.
"Paramparça" isə uğursuzluq zolağından çıxa bilmir. 9-cu (Total) və
10-cu (AB) yerlərdə qərarlaşan layihənin davam etməsi risk
altındadır.