Əlaqə Arxiv
news Image
2013.01.16
13:59
| A A A
Elton Con:"Mən ikinci dəfə atayam"

Movqe.az ""The Sun"a istinadən xəbər verir ki, Elton Con ötən gecə ikinci dəfə ata olmasından böyük sevinc duyduğunu bildirib. İngilis müğənni 65 yaşlı Elton Con və partnyoru 50 yaşlı Devid Furniş ikinci dəfə uşaq sahibi olublar. ABŞ-da dünyaya gələn körpəni isə cütlüyün ilk uşaqları Zaçarini də dünyaya gətirən daşıyıcı ana doğub.  Elton Con: " Hamını salamlayıram! İndi bizim iki oğlumuz var və bu həqiqətəndə inanılmazdır. Dünyaya yeni göz açan ikinci oğlumuz bizim ailəmizi dəyərli və mükəmməl şəkildə tamamlayır. Hislərimizi ifadə eləməkdə çətinlik duyuruq. Biz sadecə xoşbəxt və həyəcanlıyıq" deyib.

Sizin Reklam Yeriniz