Əlaqə Arxiv
news Image
2013.01.16
14:26
| A A A
Daha çox uşaq istəyir
Movqe.Az bildirir ki, Hollivudun gözəl ulduzu Meqan Foks daha çox uşaq sahibi olmaq istədiyini açıqlayıb. Bütün dünyada böyük maraqla izlənilən "Transformers" adlı filmlə ulduzu parlayan ABŞ-lı aktrisa Meqan Foks daha bir körpə sahibi olmaq istədiyini söyləyib. İngilis qəzetlərindən "The Daily Mail"-in saytında yer alan xəbərə görə, "Extra" adlı xəbər proqramına qatılan Foks, "Ana olmaq şansını tutduğum üçün çox şanslıyam. Körpəmi qucağıma aldığım zaman yaşadığım o hissləri təsvir etmək qeyri-mümkündür." deyib. Keçən il sentyabr ayında bir oğlan uşağı dünyaya gətirən Foks,  proqramdakı sözlərinə belə davam edib, "Daha çox uşaq istəyirəm. İndi özümü bir az yorğun hiss edirəm. Eyni şeyləri yenidən yaşaya biləcəyimi bilmirəm, amma analıq duyğusu inanın çox fərqli bir hissdir. Bu hissi bir dəfə, hətta bir neçə dəfə dadmaq istəyirəm. Onsuz da həyat yoldaşım da bir qızımız olsun istəyir."
Sizin Reklam Yeriniz