Əlaqə Arxiv
news Image
2016.10.28
15:26
| A A A
Bergüzar və Halitin serialı günə damğasını vurdu

Dünən Bergüzar Korel və Halit Ergençin baş rollarını paylaşdığı "Vatanım sensin" serialının ilk seriyası yayımlanıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, serial ilk gündən ikinci pilləyə yüksələrək cümə axşamları seriallarının reytinqində liderlik mübarizəsinə qoşulub.

Ekran işi yayımlandığı anda məşhurlar başda olmaqla Tvitter istifadəçiləri serial haqda fikirlərini yazıblar. Demet Akalın, Reyhan Karaca, Ece Erken, Aras Bulut İynemli, Murat Yıldırım kimi ulduzlar Bergüzar və Halitin performansını yüksək qiymətləndiriblər.

Serialın sonunda minbaşı Cevdetin silahını öz oğlu Ali Kamala tuşladığı səhnə həyəcanla izlənilib.

Sizin Reklam Yeriniz