Azərbaycanı "Eurovision-2017"də bu qız təmsil edəcək - FOTOLAR
“Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.
Movqe.az xəbər verir ki, İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən verlən məlumata görə, dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.
Münsiflər Heyəti bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verib.