Əlaqə Arxiv
news Image
2016.12.05
15:48
| A A A
Bakcell Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif edir

Bakcell ən sürətli 4G şəbəkəsinin istifadəçiləri olan Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif edir. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Klass tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verdiyini elan edir.

Şirkətdən Movqe.az-a  verilən məlumata görə, bu kampaniya abunəçilərə Klass tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli 4G internet xidmətindən faydalanmaq imkanı verir. Əsas məqsəd daha yüksək müştəri təcrübəsi və məmnuniyyətinə nail olmaq və Klass tarifinin abunəçilərini ən yüksək sürətli mobil internetin üstünlüklərindən faydalanmağa həvəsləndirməkdir. Bu təklifdən faydalanmaq üçün abunəçilər sadəcə LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına malik olmalı və Bakcell LTE şəbəkəsinə qoşulmalıdırlar.

Bu kampaniya çərçivəsində, hal-hazırda 3G şəbəkəsindən istifadə edən Klass abunəçiləri sadəcə Bakcell şirkətinin istənilən Müştəri Xidmətlərinə gəlib, istifadə etdikləri 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə də bilərlər. LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar. Kampaniya çərçivəsində verilən internet trafiki yalnız 4G şəbəkəsində, standart Klass tarifi paketinə daxil olan internet trafiki isə Bakcell-in istənilən şəbəkəsində istifadə edilə bilər.

Qeyd etmək lazımdır ki, abunəçilər Bakcell Klass tarifləri çərçivəsində hal-hazırda ölkənin mobil rabitə bazarında ən cəzbedici təkliflərdən faydalana bilirlər. Klass tarifləri ailəsinə qoşulmaq olduqca asandır. Bunun üçün abunəçilər sadəcə http://www.bakcell.com/klass/en/klass/ keçidinə daxil olaraq öz ehtiyaclarına ən uyğun olan Klass tarifini seçməli və mobil telefonlarında seçdikləri tarifin aktivasiya kodunu yığmalıdırlar.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizin Reklam Yeriniz