Əlaqə Arxiv
news Image
2016.12.18
10:45
| A A A
Transformatorda yanan sevgililərin toyundan foto

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrında transfarmatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililər ailə həyatı qurub.

Movqe.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisinin  “Fərid Palace”də toyu olub.

Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçirilib. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.

Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transfarmatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.

Sizin Reklam Yeriniz