Əlaqə Arxiv
news Image
2013.01.24
18:30
| A A A
Adele "Oscar" mərasimində çıxış edəcək

Movqe.Az bildirir ki, Amerika kino akademiyası saytının verdiyi məlumata görə, britaniyalı müğənni Adele "Oskar-2013" kino premiyasının mükafatlandırılmasının təntənəli mərasimində iştirak edəcək. Adele, mərasimdə "James Bond 007" son filminin mahnısı "Skyfall"-u ifa edəcək. Adele müsahibəsində bu sözləri bildirib: "Mənim üçün belə böyük istedadlı kütlənin qarşısında bu mahnını ifa etmək şərəfdir, siz mənə ilham verirsiz. Bunu gözləmirdim ve tamamilə anlayıram ki, bu şans insana həyatda bir dəfə verilir." Xatırladaq ki, Adelenin "Skyfall" kompozisiyası filmə ən yaxşı orijinal mahnı kateqoriyasına görə oskara namizəddir. Bundan başqa bu mahnı "Qizil qlobus" mükafatının laureatı olub.

 

Sizin Reklam Yeriniz