Əlaqə Arxiv
news Image
2016.12.28
12:43
| A A A
"Kara Sevda"nın aktrisası ərini əlindən aldığı müğənni ilə üz-üzə - FOTO

Türkiyənin tanınmış müğənnisi Aşkın Nur Yengi jurnallardan birinə müsahibə verib.

O, şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Müğənni xəyanətə uğradığını söyləyib.

"Bu həyatda məni ən çox xəyanətə uğramağım məyus etdi".

Aşkın Nur Yengi 2006-cı ildə Haluk Bilginer ilə nikah masasına oturmuşdu. Lakin onlar 2012-ci ildə boşanıblar.

Onların boşanmasına səbəb isə Halukun hazırda "Kara Sevda" serialına çəkilən Zerrin Tekindör ilə gizli eşq yaşaması olub.

Movqe.az milli.az-a istinadən  bildirir ki, Zerrin ilə müğənninin 2 ay öncə yas mərasimində üz-üzə gəldiyi məlum olub. İddialara görə, aktrisa ona yaxınlaşaraq "başın sağ olsun" deyib, müğənni isə onun üzünə belə baxmayıb.

Sizin Reklam Yeriniz