Əlaqə Arxiv
news Image
2016.12.28
16:28
| A A A
Nadir: "Sevgilim söyləmə vəfasız mənə" - VİDEO

Müğənni Nadir Qafarzadə repertuarına yeni mahnı daxil edib.

Movqe.az xəbər verir ki,  big.az -a açıqlqma verən ifaçı bildirib ki, musiqisi Cahangir Cahangirova, sözləri Süleyman Rüstəmə məxsus “Sevgilim söyləmə vəfasız mənə” adlı mahnı oxuyub:

“Bu mahnını xeyli müddət idi ki, oxumaq istəyirdim. Çünki çox bəyəndiyim bir əsərdir. Azərbaycanda bu günə qədər bu mahnıya xeyli sayda müğənni müraciət edib. Hər kəs öz ifası ilə mahnıya rəng qatıb. Amma mən bir az fərqli ifa etmək qərarına gəldim. Düşünürəm ki, pis alınmayıb. Bəlkə bu mahnıya klip də çəkdik. Yeniliklərim bununla bitmir “Xoşbəxt qadın” adlı mahnımı yeni versiyada ifa etmişəm. Yaxın zamanda onu da dinləyicilərin ixtiyarına verəcəyəm”.

 

Sizin Reklam Yeriniz