Əlaqə Arxiv
news Image
2013.01.25
17:30
| A A A
"Ömrümdə birinci dəfə idi ki, setdə adgünü qeyd edirdim”

Məhkumlar serialında yeni rol alan Azərbaycan Respublikasının əməkdar artisti Sabir Məmmədov dünən 52 yaşını setdə qeyd etdi. Ona edilən surprizdən xəbərsiz olan məşhur və istedadlı aktyor çox təəcübləndi. Ən özəl gününü məhkumlarla qeyd edən "Məhkumlar"ın Şahmarına setdə olunan surpriz "Məhkumlar"ın kamerasından da yan keçmədi. Bu barədə Sabir Məmmədov mahkumlar.az saytına danışdı: "Sağolsun Məhkumlar kollektivi! Dünən ad günüm idi. Həmin gün də çəkiliş var idi. Səhnəmiz kafedə çəkilirdi. Deməli mən qalxıram üzüm o tərəfə, arxam kameraya olur. Təbii arxanı görmürdüm. Səhnə çəkildi. Yaşar m dedi ki, bir də bunu çəkək alınmadı. Razılaşdıq. "Mator" deyildi başlanıldı.Təkrar oldu həmin səhnə və mən üzümü çevirəndə gördüm tort, şam, hamı oxudu təbrik etdilər məni. Çox maraqlı ssenari qurmuşdular. Ömrümdə birinci dəfə idi ki, setdə adgünü qeyd edirdim. Heç gözləmirdim belə bir şey ola bilər. Heç gözləmədiyim supriz oldu. Mən "Məhkumlar"ın yaradıcı qurupuna, texniki heyyətinə başda Yaşar Əhmədov olmaqla hamısına təşəkkür edirəm. "Məhkumlar" diqqətinizə görə minnətdaram".

Sizin Reklam Yeriniz