Hacı Nuran əməliyyat olundu
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov Almaniyada əməliyyat olunub.
Movqe.az-ın məlumatına görə, ifaçı səhhətinin hazırda yaxşı olduğunu, əməliyyatın uğurla başa çatdığını bildirib:
“Allaha şükürlər olsun, əməliyyat bitdi. Mənə görə narahat olanlara, dua edənlərə minnətdaram. Allah bütün xəstələrə şəfa versin. Yanıma gəlmək istəyən dostlarıma demək istəyirəm ki, heç kimi buraxmırlar. Əziyyət çəkib gəlməyin”. /axşam.az/