Əlaqə Arxiv
news Image
2017.02.14
19:39
| A A A
"Mən şarmlı xanımam"-Xalq artisti özünü təriflədi

“Bir səhv etdim, dəftəri cırdım. Orada şeirlərim yer alırdı. Öz hisslərimi yazıram. Daha çox xaricdə olanda, dəniz və təbiət qoynunda dincələndə şeir yazıram”.

Movqe.az-ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. 

Aktrisa öz ünvanına təriflər yağdırıb:

“Aktrisanın şarmı olmalıdır, seçilməlidir. Xaricdə olanda da mənə yaxınlaşırlar ki, siz aktrisasınız, modelsiniz? Halbuki orada qlamur geyimdə yox, idman tərzində oluram. Mənim şarmım var, boyum 170-dir, çəkim də yerindədir. Elə buna görə də görən bilir ki, sənət adamam".

Sizin Reklam Yeriniz