Şeron Ston:" Artıq diqqətimi uşaqlarıma vermək istəyirəm"
Movqe.Az xəbər verir ki, "Fundamental İnstinkt" filminin 54 yaşlı ulduzu Şeron Ston ayrıldığı iddia edilən 27 yaşlı Argentinalı gənc model sevgilisi Martin Mika ilə əl-ələ görüntülənib. "Beverly Hills"də alış-veriş edərkən fotoşəkilləri çəkilən cütlüyün xoşbəxtliyi üzlərindən bilinirdi. "Life & MStyle" jurnalı, Şeron Stonun yaxınlarına istinadən verdiyi xəbərdə, "Hollywood" ulduzunun "Ortaq heç bir istiqamətimiz yoxdur. Çox bezdim. Artıq uşaqlarıma diqqətimi vermək istəyirəm" dediyini iddia etmişdi. Stonun övladlığa götürdüyü 12 yaşlı Roan , 7 yaşlı Laird və 6 yaşlı Quinn adlarında üç oğlan uşağı var.