Əlaqə Arxiv
news Image
2017.03.23
12:30
| A A A
Məşhur aktrisa və əri şantajda ittiham olunur

Türkiyədə fəaliyyət göstərən alman aktrisa Wilma Elles və həyat yoldaşı Kərəm Göğüş “Zilin səsi” filminin prodüserini şantaj etməkdə ittiham olunur.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisabaş rolu oynadığı filmdən alacağı məbləğin 52 min lirəsini ala bilmədiyi üçün həyat yoldaşı və vəkili ekran işinin prodüserini şantaj edərək, zorla sənəd imzaladıb. Bununla bağlı prodüser Esen Murat Özteke məhkəməyə müraciət edib: "Elles filmin premyerasından əvvəl həyat yoldaşı və vəkilləriylə yanıma gəlib, 50 min lirə ödəniş etməli olduğumu söylədi. Əgər sənət imzalamazsam, qalada rəzalət çıxaracağını dedi. Mənə zorla 50 min lirəlik sənəd imzalatdılar".

Öztekenin şikayəti üzərinə başladılan istintaq daxilində Elles, Göğüş və vəkili Aslan şübhəli olaraq ifadə verib. Elles qala gecəsinə 7 aylıq hamilə olaraq getdiyini və prodüserin özünü reklam etmək üçün onları ittiham etdiyini deyib:

“Mən prodüseri Esen Murat Öztekenin olduğu “Zilin səsi” adlı filmdə rol aldım. Ödənişin bir hissəsini nağd olaraq almışdım. 52 min daha alacağım vardı. Müqaviləyə görə, bu pul mənə ən gec 21 fevral 2015- ödəniləcəkdi, amma ödənilmədi. Özteki pulu qalmadığı üçün mənə sənəd verməyi təklif etdi, qəbul etdim. Məni qala gününə qədər gözlətdilər. Vəkilim tərəfindən Öztekeyə xəbərdarlıq göndərildi. Sonra sənəd imzalamağı təklif etdi. Qalaya hazırlaşdığım üçün sənədin arxası ilə vəkilim getdi”.

Sizin Reklam Yeriniz