Əlaqə Arxiv
news Image
2013.02.06
17:43
| A A A
“Müslüm Gürses öldü” xəbəri hamını kədərləndirdi

Movqe.Az bildirir ki, Keçirdiyi əməliyyat sonrası reanimasiyaya alınan sənətçi Müslüm Gürsesin vəfat etdiyi xəbəri sosial mediada səs-küyə səbəb olub. Lakin sənətçi Müslüm Gürsesin müalicəsi hələ davam edir. Dünən bir qrup Müslüm Gürses pərəstişkarı da xəstəxanaya gələrək sevgilərini  nümayiş etdirərək  gəlməyənlərə də etirazlarını bildiriblər. İctimai mediada gecə yayılan bir xəbər isə hamını çaşdırıb. Təsdiqlənmiş heç bir məlumat ya da xəbər olmamasına baxmayaraq, Müslüm Baba olaraq xatırlanan Müslüm Gürsesin öldüyü söz-söhbəti "Twitter"də yayılıb.  Xəstəxanadan gələn xəbərdə isə, "Müslüm Gürsesin sağlamlıq vəziyyəti stabildir, müalicəsi davam edir. Lütfən  yazılmış yalan xəbərlərə inanmayın."

Sizin Reklam Yeriniz