"Mən statusu oxudum orada öpüşmək məqamı yox idi. Sadəcə iki sevən insan xumarlaşıblar. Lap elə öpüşüblər, əcəb ediblər. Dünyanın hər yerində insanlar öpüşür. Hardaki insanlar öpüşür həmin yerlərdə müharibə olmur. Hardakı öpüşməyə, sevişməyə mane olurlar oralar müharibədir, qan gölüdür. Nə istəyirlər camaatdan? Sevgilidirlər də ..." - Movqe.az xəbər verir ki, bu sözləri aparıcı Ülvira Qarayeva big.az-a açıqlamasında bildirib. Aparıcı xanım metroda öpüşən gəncləri müdafiə edib:
" Əgər həmin jurnalist uşaqla olduğu üçün narahat olubsa, o zaman yerini dəyişərdi. Qara tikan hər yerdə olmalıdır axı ... Guya uşaq televizorda öpüşənləri görmür ?! Uşaq Bakıdan kənara çıxmayacaq ?! Məgər bizim milli mentalitetimiz elə qadağalar üzərində qurulub ?! Bakını gerizəkalı, geridəqalmış bir şəhərəmi çevirmək istəyirlər?! Nə qədər çox öpüşən olsa daha yaxşıdır, onlara yer ayırmaq lazımdır ki, gedin rahat öpüşün. Qoy hər yerdə insanlar öpüşüb, qoxlaşsınlar. Xoşbəxtdirlər, onlara mane olmayın. Ən azı onlar kiməsə təpik atmırlar, söymürlər, "eşşək" deyib, təhqir etmirlər ... bax bunlar tərbiyəsizlikdir. Adama deyərlər yerini dəyiş başqa yerdə əyləş. Demirəm hər şey açıq olsun, amma öpüşməyin kimə, nə ziyanı var axı ?! Şəxsən mən metroda olsaydım, mənim yanımda iki gənc öpüşsəydi, heç onlara baxmazdım ki, birdən narahat olarlar. Əksinə gülümsənərdim. Nə qədər istəyirlər qoy öpüşsünlər. Şəxsi həyata onsuzda bizdə nə qədər istəsən müdaxilə və qadağalar var. Kənd psixologiyasıdır bu ... Şəhərə kənd psiologiyası gətirirlər".
"Bəs siz o yaşlarda olsaydınız metroda sevgilinizlə öpüşərdinizmi" sualına aparıcı xanım belə cavab verib:
" Mən özüm o yaşda olsaydım, etməzdim. Amma yanımda öpüşən olsa sevinərdim ki, nə yaxşı belə cəsarətlidirlər. Yadındadırsa, bu yaxında oğlan qızı Tarqovıda öpmüşdü. Ay, necə sevindim ...
Əslində Nyu Yorkda belə bir hadisə olmuşdu. Bizimkilərdə təkrarlamışdı. Çox gözəl mənzərədir. Mən öpüşən, qucaqlaşan, mehriban sevgililər görəndə çox sevinirəm. Əgər elədilərsə deməli insanlar bir-birini öldürməyəcək. Ata balasını, ər arvadını , qız oğlana yox dedisə onlar bir-birini öldürməyəcək. Çox qəribədir. Cəmiyyət öldürməyi rahat həzm edir amma öpüşməyi yox ? Bu insanlar bu düşüncə ilə necə yaşayırlar axı ? Bəlkə də paxıllıqdan, qısqanclıqdan, özləri öpüşə bilmirlər, qocadılar deyə belə yanaşırlar".
Ülvira Qarayeva: "Əfruzə, bir şeyi də əlavə edim, ürəyim partlayar yoxsa. O metroda bir qadını kimsə döysəydi heç kim heç nə deməyəcəkdi, amma ağzından süd iyi gələn iki müdafiəsiz gəncə təpik atmaq eybi yox olar, nə deyim daha ..."
Xatırldaq ki, jurnalist Xəqani Səfəroğlunun iki gün öncə paylaşdığı statusu cəmiyyətdə rezonans doğurub:
“Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu: Qız və oğlan. Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığallayırdı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığışdırarlar... Gördüm yox e, artıq öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayın, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim. Balacalar üzümə baxırdılar.
Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!”.