Azərbaycanın səsi 2- yarışmasının finalisti deputatın sözlərinə mahnı oxudu
Azərbaycanın səsi 2- yarışmasının finalisti Camalədən xəbər var. Movqe.az-ın məlumatına görə, müğənni yeni “Gələrəm” adlı mahnısını təqdim edib. Cəmalənin səsləndirdiyi musiqinin sözləri millət vəkilimiz Qənirə Paşayevaya, bəstəkarı Aynur Adilqızına aranjımanı isə Elvin Musayev aiddir.
Məlumat üçün bildirək ki, müğənni Camalə 3 yaşdan 9-10 yaşa kimi Oqtay Zülfüqarovun ansamblinin solisti 10 yaşından 13 yaşina kimi isə Bənövşə uşaq xorunda ifa edib. Qeyd edək ki, ifaçı mahnısı üçün çəkdirdiyi fotoların müəllifi Fərhad Əhmədovdur. Vizajı Günel Ağacanovaya aid olan fotoları sizlərə təqdim edirik.