Əlaqə Arxiv
news Image
2017.04.05
21:20
| A A A
ŞOK! Ceki Çanın qızı İNTİHAR ETDİ - FOTO

Dünya şöhrətli aktyor Ceki Çan və "Miss Asiya 1990" Eleyn Nqın qızı intihara cəhd edib.
Movqe.az xəbər verir ki, 18 yaşlı Etta Nq ağır vəziyyətdə Honkonqun xəstəxanalarından birinə yerləşdirilib. Şərq mətbuatının yazdığına görə, Etta dostları ilə birlikdə Tailanda istirahətə yollanıb. Lakin aprel ayının 2-si o, gözlənilmədən istirahətini yarıda kəsib və depressiv şəkildə evə dönüb. Bu ərəfədə o, intihara cəhd edib.

Honkonq mətbuatının yazdığına görə, yeniyetmə uzun müddətdir ruh düşkünlüyü yaşayır və sosial şəbəkədəki hesabında mütəmadi olaraq həyatını bitirmək haqda statuslar paylaşır.

Nə qədər qəribə olsa da, bu həyat hekayəsində pulların xoşbəxtliyi ala bilmədiyini bir daha görmək olur. Ceki Çan bu il dünyada ən çox qazanan ikinci aktyordur. Onun 2016-cı ildə əldə etdiyi gəlir 61 milyon dollardır. Lakin qızı ilə onun heç də gözəl münasibət yoxdur.

istipress
 

Sizin Reklam Yeriniz