Acuna 45 minlik cərimə
Türkiyənin məşhur bəstəkarı Burhan Bayar TV 8-in rəhbəri Acun Ilıcalını məhkəməyə verib.
Movqe.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “O ses Türkiye” və “Yetenek Sizsiniz” yarışmalarında mahnılarının icazəsiz səsləndirildiyini iddia edib.
Hətta, onların məhkəmə prosesi baş tutub. Hakim Acunun əleyhinə qərar çıxarıb.
Acun bəstəkara 45 min TL təzminat ödəyəcək.