Əlaqə Arxiv
news Image
2017.06.01
12:00
| A A A
Sui-qəsdə məruz qalan dövlət rəhbərləri

Anası namaz üstdə olan liderlər; Hitleri 7 dəqiqə tələsməsi xilas edib; Bill Klintona qarşı 30 sui-qəsd hazırlanıb...


2000-ci ilin sonlarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı planlaşdırılan uğursuz sui-qəsd planı haqda məlumatlar yenidən mətbuatın gündəminə qayıdıb. Həmin səfər zamanı qonşu dövlətin prezidentinə sui-qəsdin planlanması haqda Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində yer ayrılıb.


İllər öncə yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Heydər Əliyevin Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. 2002-ci ildə alınan müsahibədə H.Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib. Həmin müsahibədən aydın olur ki, sui-qəsd planı 2000-ci ilin sonlarında Putinin Bakıya səfəri zamanı planlanıbmış.

 


Həmin müsahibədən sitat: “Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.


Qəddafinin qətli - versiyalar boldur, real kadrları isə dünya görüb


Bu mövzu isə bizi zaman-zaman sui-qəsdə məruz qalan siyasətçilərlə bağlı dosyeni yada salmağa vadar etdi. Tarixin qanlı səhifələrindən daha çox Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin başı çıxır. 2011-ci il oktyabrın 20-də öldürülməsi kadrları hələ də arxivlərdədir. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalışırmış.

 


O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. M.Qəddafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyançılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılmasını istəyiblər. “Youtube” video portalında hətta Qəddafinin son anlarının videgörüntüsü də öz əksini tapıb. 
Videoçarxda M.Qəddafi üzünü liviyalılara tutaraq müraciət edir: “Övladlarım, siz məni öldürürsünüz? Siz günah işlədirsiniz. Bu, mənəm, Qəddafi, sizin lideriniz”. Ancaq verilən məlumatda bildirilir ki, üsyançılar Qəddafinin çağırışlarına məhəl qoymayaraq onu boğaraq qətlə yetiriblər.

 


Keçmiş Rumıniya diktatoru Nokolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar.


Hitlerin həyatını 7 dəqiqə xilas edib

 


Adolf Hitlerə sui-qəsd 1939-cu ilin noyabrında təşkil edilib. Sui-qəsd Hitlerin Münhendə Pivə qiyamının ildönümü münasibəti ilə edəcəyi çıxış zamanı planlaşdırılıb. Hücumu faşist əleyhdarı olan alman İohan Georq Elzer həyata keçirib. Belə ki, onun hazırladığı saatlı bomba fürerin çıxış edəcəyi tribunada quraşdırıldıqdan sonra partlayır. Nəticədə 8 nəfər ölür, 60-dan çox şəxs yaralanır. Hitler sui-qəsddən canını qurtarmağı bacarır. Berlinə təcili dönməli olan alman lider bombanın partlamasına 7 dəqiqə qalmış çıxış etdiyi tribunanı tərk edir. Almaniya xüsusi xidmət orqanları Hitlerə qarşı 50 sui-qəsdin təşkil edildiyini bildirirlər.


Amerika prezidentləri - dalbadal sui-qəsdin qurbanları...


Tarixdə qısa gəzişmə zamanı aydın oldu ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerikadır. Amerikanın sui-qəsdə məruz qalan ilk prezidenti Endryu Cekson olub. 1835-ci ilin 30 yanvarında Kapitoliya binasında 35 yaşında bir rəngsaz ona yaxınlaşıb, dalbadal iki dəfə silahla atəş açmaq istəyib. Cinayətkar dərhal yaxalanıb və daha sonra etiraf edib ki, prezidenti məhz işsiz qaldığı üçün öldürmək istəyib. Prezident özü isə iddia edib ki, bu adamı ona siyasi düşmənləri yollayıblar.

 


1865-ci ilin 14 aprelində isə Vaşinqtondakı bir teatrda Abraham Linkoln ölümcül yaralanıb və növbəti gün dünyasını dəyişib. Onunla yanaşı əyləşmiş ABŞ-ın dövlət katibi Uilyam Syuard da yaralanıb, amma sağ qalıb. Qatil isə konfederasiyanın tərəfdarı olan aktyorlardan biri olub.

 


1881-ci ilin 2 iyulunda Vaşinqton vağzalında əsəb gərginliyindən əziyyət çəkən Çarls Gito prezident Ceyms Qarfildi güllələyib. Prezident bir neçə ay sonra, bu güllələnmənin nəticəsi olaraq qan zəhərlənməsindən dünyasını dəyişib.

 


1911-ci ilin 6 sentyabrında Çikaqoda Panamerikan Sərgisinin açılışı zamanı prezident Uilyam MakKinli ciddi yaralanıb. Onun qatili də 28 yaşlı anarxist Leon Spolqots olub.

 


1912-ci ilin 14 oktyabrında, Viskonsin ştatındakı seçkiöncəsi mitinqdə Teodor Ruzveltə qarşı sui-qəsd olub. Sinəsindən ciddi yara almasına baxmayaraq prezident çıxışını bitirmədən kürsüdən düşməyib. Və yalnız çıxışı bitəndən sonra həkimə müraciət edib.


15 fevral 1933-cü ildə, seçkilərdəki qalibiyyətindən dərhal sonra Franklin Delano Ruzveltə qarşı da sui-qəsd gerçəkləşib. Florida ştatında ona Cüzeppe Zanqarra adlı anarxist hücum edib. Yaxınlıqda dayanan qadın atəş açılan zaman qatilin əlindən tutmağa çalışıb. Zanqarra Ruzvelti öldürməyi bacarmasa da, Çikaqonun meri Entoni Çermakı ölümcül yaralamağa nail olub.

 

1950-ci ilin 1 noyabrında prezident Harri Trumenə Pensilvaniyada yerləşən iqamətgahında sui-qəsd cəhdi edilib. Ona düz iki nəfər qatı millətçi hücum edib. Prezidentin mühafizə xidməti ilə 2 hücumçu arasındakı atışma 3 dəqiqə boyunca davam edib ki, nəticədə mühafizəçilər və hücumçulardan biri öldürülüb. Digər millətçi hücumçu isə həbs edilib.

1963-cü ilin 22 noyabrında Dallasda prezident Con Kennedi öldürülüb. 1995-ci ildə Milli Təhlükəsizlik Agentliyinin və Amerika ordusunun keçmiş kəşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldın şəxsi işinin Kennedinin öldürülməsinə qədər və sonra dəfələrlə dəyişdirildiyini göstərən şahid ifadələrini dərc etdi. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdlə bağlı məlumatlandırmaq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ildə Qvatemalada “pbsuccess” əməliyyatını keçirən və “Uotorgeyt skandalı”nın iştirakçılarından olan MKİ-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKİ-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu “Rolling Stones” jurnalına müsahibəsində bu məlumatları təsdiqləmişdi. Onun sözlərinə görə, guya ölüm ayağında ikən Hant, qətldə əli olanlar arasında sonralar Kennedini əvəzləyən prezident Lindon Consonun, Kubadakı MKİ-nin əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin, MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralesin, Hantın Uotorgeyt 2 qalmaqalı" üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.

Image result for Bill Klinton


Bill Klintona qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanan cinayətkarların hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.

Image result for Barak Obama


Barak Obama da sui-qəsd cəhdindən sığortalanmayıb. Sui-qəsd Denverdə Demokratlar Partiyasının seçkiqabağı qurultayında reallaşdırılmalı idi. Federal Təhqiqatlar Bürosu son anda cinayətkarları ələ keçirməyi bacarıb. Afroamerikalının ölkə prezidenti olmasını istəməyən sui-qəsdçilərin üzərindən 3 tapança götürülüb. Ələ keçirilənlərin adları Deniel Kovart və Pol Şlesselman olub.

Musavat.com

Sizin Reklam Yeriniz