Əlaqə Arxiv
news Image
2017.06.01
15:00
| A A A
"New York Post": ABŞ-da jurnalistlərin izlənməsinə icazə verilib
ABŞ Ədliyyə Nazirliyi Ağ Evdən məlumat sızması işinin araşdırılması üzrə bir sıra jurnalistlərin elektron izlənməsinə dair order alıb

ABŞ Ədliyyə Nazirliyi Ağ Evdən KİV-ə məlumat sızması işinin araşdırılması üzrə bir sıra jurnalistlərin elektron izlənməsinə dair order alıb.

"Movqe" xəbər verir ki, bu barədə "New York Post" qəzeti mənbəyinə istinadən yazıb.
Məlumata görə, izlənmə obyektinə çevrilən jurnalistlər gizli məlumatları ötürən şəxsdən məlumat alanlardır.
Mənbə bildirib ki, administrasiya məlumat sızdıran şəxsin yüksək post tutmuş, ancaq hazırda təqaüdə çıxan hərbçi ola biləcəyini daha yüksək ehtimallı versiya kimi qəbul edir.
Onun prezident Baraka Obamanın administrasiyasının Ağ Evdən ayrılmasından sonra qalan insanlardan məlumat aldığı güman edilir. Mənbənin bildirdiyinə görə, söhbət ya xidmətdən uzaqlaşdırılan, ya da yaxın zamanda istefaya göndəriləcək üç nəfərdən gedir.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdən məlumat sızmasının qarşısını almaq üçün xüsusi qərargah yaratmaq niyyətində olduğunu bildirib.

Sizin Reklam Yeriniz